Qardaş ölkədə avtomobillərin hərəkət sürəti məhdudlaşdırıldıbackend

Qardaş ölkədə avtomobillərin hərəkət sürəti məhdudlaşdırıldı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistan hakimiyyəti məktəblərdə, uşaq bağçalarında və yaşayış məntəqələrində avtomobillərin hərəkət sürəti məhdudlaşdırılıb.

KONKRET.az-n Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Özbəkistanda məktəblərin və məktəbəqədər müəssisələrin ətrafındakı yollarda nəqliyyat vasitələrinin sürəti 30 km/saatdan, yaşayış məntəqələrində və ona bitişik ərazilərdə (evlər arası boşluqlar) 20 km/saatdan çox olmamalıdır.

Hökumətin “Yol Hərəkəti Qaydaları”na etdiyi dəyişikliklər mayın 1-dən qüvvəyə minəcək.

“Məktəb və uşaq bağçalarının qarşısında sürət 30 km/saatdan çox olmamalıdır. Bəzi hərəkətli küçələrdə sürəti indiki 70 km/saatdan 60 km/saata endirmək lazımdır”, – deyə Şavkat Mirziyoyev bildirib.

Yeni dəyişikliyə əsasən sərnişinlər də təhlükəsizlik kəməri taxmağa məcburdur. Mövcud qaydalarda bu tələb aydın şəkildə göstərilməyib.

Hökumətin aprelin 12-də yol hərəkəti qaydalarına etdiyi digər dəyişikliklər aşağıdakılardan ibarətdir:

– Damda bərkidilmiş yükün hündürlüyü bir metrdən çox olmadıqda (xüsusi qurğularla velosipedlərin daşınması istisna olmaqla), uzunluğu isə avtomobilin ölçülərindən yarım metrdən çox olmadıqda avtomobillərdə yüklərin daşınmasına icazə verilir.

– Yük avtomobilləri yalnız yolun sağ tərəfində hərəkət etməlidir, istisnalar yol hərəkəti qaydalarında göstərilib;

– avtonəqliyyat vasitələrini döngələrdə, o cümlədən ondan 30 metr əvvəl və ya ondan sonra saxlamaq qadağandır;

– Gecə və ya görünmə şəraiti çətin olan yollarda hərəkət edən velosipedçilər xüsusi elementləri olan paltar geyinməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*