Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az-ın məlumatına görə, qəza rayonun Cəfərli kəndində qeydə alınıb.
Hadisə zamanı 1979-cu il təvəllüdlü Mustafayev Telman Məzahir oğlu, 1989-cü il təvəllüdlü Mustafayeva Mənsubə Süleyman qızı, onların övladları olan 2008-ci il təvəllüdlü Mustafayev Nəzrin Telman qızı və 2006-ci il təvəllüdlü Mustafayev Süleyman Telman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
