Qubada sel körpünü uçurdu,altı kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildibackend

Qubada sel körpünü uçurdu,altı kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi

Quba rayonunda sel körpünü uçurub, altı kəndin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.

KONKRET.az xəbər verir ki, Quba-Xınalıq yolunun 42-ci kilometrində yerləşən Əlikçayın üzərindəki körpü uçub.

Məlumata görə, iyulun 28-dən başlayaraq yagan güclü yağışlardan əmələ gələn sel körpünü uçurdub.

Nəticədə Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Qeyd olunur ki, hava şəraiti ilə əlaqədar körpünün bərpa edilməsi işlərinə hələ başlanılmayıb.

Həmin kəndlərin sakinlərinə körpü bərpa olunana qədər Xınalıq-Susay-Alpan yolundan istifadə etmək tövsiyə edilib.(report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*