“Xankəndi, Xocalı geri alınacaq. Ermənilər bunu gecikdirməyə çalışır”.
KONKRET.az xəbər verir ki, bunu türkiyəli ekspert Ragıb Kutay Karaca bildirib.
Onun sözlərinə görə, bu müharibənin nəticəsində sülh imzalanmalıdır. Əgər sülh olmasa, Ermənistan müstəqil dövlət olmayacaq:
“Ermənistan iqtisadi və siyasi cəhətdən Rusiyadan asılıdır. Hələ bu azmış kimi, heç Ermənistanı görməyən erməni lobbisi ABŞ-da və Fransada öz maraqlarını həyata keçirməyə çalışır. Bütün bunlar isə o deməkdir ki, Ermənistan postsovet məkanında müstəqil olmayan yeganə dövlətdir”.
Rəsmiyyə Şərifova,
KONKRET.az