Razi Əliyeva evli olan sevgilisi tərəfindən döyüldü – FOTObackend

Razi Əliyeva evli olan sevgilisi tərəfindən döyüldü - FOTO

2017-ci ildə Azərbaycan gözəli seçilən model Razi Əliyeva şiddətə məruz qalıb.

KONKRET.az xəbər verir ki, model bu barədə instaqram hesabında məlumat yayıb.

İddiaya görə, o, sevgilisi tərəfindən işgəncələr görüb:

“Bilirsiniz bütün bunlar nəyə görə baş verir? Ona görə ki, Ziya adlı “monster”dən qaçdım. Məni buraxmaq istəmirdi, bütün günü əzab verirdi. Günlərlə döyürdü, evdən çıxmağa icazə vermirdi. Bütün bunlar mənə tanımadığım nömrədən mesaj gəldiyinə görə başladı. Gedirdi, həmin şəxslərlə görüşürdü. Bilirdi ki, hansısa bir əlaqəm yoxdur. Gəlib məndən üzr istəyirdi, barışırdı. Telefonumu götürüb hamı ilə adımdan yazışırdı. Dəqiqləşdirmək istəyirdi ki, mən ondan başqa kimləsə görüşürəm, ya yox? Sonra bütün yazışmaları silirdi ki, xəbərim olmasın. Bütün şəkillərimi öz telefonuna göndərirdi ki, yaydığı görüntülərlə məni şantaj etsin. Evə bağlayırdı ki, heç yerə çıxmayım. Günlərlə döyürdü! Hədə-qorxu gəlirdi. Ondan qaça bilmirdim, qorxurdum.

Bütün bu biabırçılıqlara görə heç yerə çıxa bilmirdim. Mənlə görüşə-görüşə başqası ilə gizlicə nikah bağladı, amma mənə üç dəfə evlilik təklifi etdi. Qaçıb anamın evinə getdim. Qapını qırdı, anama, rəfiqələrimə, mənə hədə-qorxu gəlir. Yerimdə başqa kim olsaydı, özünü öldürmüşdü. İndi bilirsiniz mən nələr yaşayıram? Əlbəttə ki, çox pisəm. Amma çox xoşbəxtəm ki, o insandan canımı qurtara bildim. Sizin gördükləriniz biabırçılıqdır. Sizə görə mən fahişəyəm. Amma bu, həyatımda yaşadığım ən böyük dəhşətdir. Çox xoşbəxtəm ki, ondan canımı qurtardım. Əgər mənə və ailəmə bir şey olsa, səbəbkar odur. Biz hamımız təhlükədəyik. Evlərimizə gedə, yemək yeyə bilmirik. Məni və ətrafımı ölümlə hədələyir”.

Razi döyüldüyünü, şəxsi yazışmalar, ailəsinin evinə vurduğu zərəri əks etdirən görüntülər paylaşıb.

Həmçinin, Əliyevanın açıqlamasından əvvəl sosial mediada modelin adına səhifə açılıb. Onun görüntüləri, yazışmaları, şəxsi fotoları paylaşılıb. İddia olunub ki, Razi sevgilisinə xəyanət edib. Həmin hesabın ifşa məqsədi ilə Ziya Hüseynzadə tərəfindən açıldığı qeyd edilib.

Səhifə ötən üçün viral olduqdan sonra sosial şəbəkə istifadəçiləri tərəfindən şikayət edilib, hesab deaktiv edilib.

Sonda R. Əliyeva polisə müraciət edərək kömək diləyib.

Olay.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*