Rusiya hücumları nəticəsində Ukraynada 191 uşaq HƏLAK OLUBbackend

Rusiya hücumları nəticəsində Ukraynada 191 uşaq HƏLAK OLUB

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 191 uşaq ölüb, 349-dan çox uşaq yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aprelin 13-ü səhər saatlarına olan məlumata əsasan, Rusiyanın hərbi əməliyyatları nəticəsində 540 uşaq müxtəlif dərəcəli bədən xəsarəti alıb. Uşaqlar daha çox Donetsk (113 uşaq), Kiyev (102), Xarkov (79), Çerniqov (79), Nikolayev (40), Xerson (38), Luqansk (36), Zaporojye (23) vilayətlərində, Kiyev (23), Sumı (16), Jitomir (15) şəhərlərində xəsarət alıb.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*