“Rusiyanın super silahları yoxdur, bütün bunlar Putinin göstərdiyi cizgi filmlərindədir” – REPORTAJbackend

“Rusiyanın super silahları yoxdur, bütün bunlar Putinin göstərdiyi cizgi filmlərindədir” - REPORTAJ

“Nə qədər ki, Putin hakimiyyətdədir, müharibə davam edəcək. Nə qədər ki, o, hakimiyyətdədir, müharibə çox olacaq”.

KONKRET.az xəbər verir ki, bu fikirlər “Azadlıq” radiosunun müharibə zamanı həlak olanlarım məzarlığından hazırladığı reportajda səsləndirilib. Özünü tam təqdim etməyən rusiyalı müsahib ümid etdiyini vurğulayıb ki, “Ukrayna xarici silahlar, tam xaricdən dəstək alaraq fəal hərbi əməliyyatlara başlayıb… İndi onlara elə silah sistemləri verilir ki, onlara qarşı bizim hava hücumundan müdafiə, aviasiya və artilleriyamız sadəcə olaraq gücsüzdür. Əlbəttə, hərbi fəlakət olan yerdə siyasi fəlakət də var. Mənim ümidim budur ki, Ukrayna öz ərazilərini geri alanda Putin rejimi də o zaman sona çatacaq”.

Müharibədə yaxın qohumunu itirmiş şərhçi bildirir ki, “Hadisələrin belə variantı da ola bilər ki, bir növ saray çevrilişi baş versin. Hazırda insanların küçələrə çıxması ehtimalı azdır, bunun səbəbi insanların qorxudulması, cərimələrdən qorxması, az qala heç bir şey üçün həbsxanaya düşməkdən qorxmasıdır. Təbii ki, insanlar qorxur, etiraf edirəm ki, mən də qorxuram. Sadəcə məni həbs edəcəklərindən qorxduğum üçün mitinqlərə getmirəm. Əgər məni həbs etsələr, uşaqlarımı kim yedizdirəcək?

Çox adam nə baş verdiyini başa düşmür. Amma indi başa düşürlər. Ukrayna ərazilərini geri aldıqdan sonra acaq insanlar başa düşəcəklər ki, aldanıblar. Biləcəklər ki, Rusiyanın super silahları yoxdur, bütün bunlar Putinin göstərdiyi cizgi filmlərindədir. Orduda heç nə yoxdur, ordu talan edilib, korlanıb”.

Массово хоронить вагнеровцев начали на новосибирском кладбище с февраля 2023 года

Флаги Вагнера, как правило, развиваются над могилами с фото – видимо, принесли родные или знакомые

Краюхи хлеба, венки, сладости – а Богородица вот лишь на одной могилке

Могила погибшего 21 апреля 2023 года в Бахмуте Сергея Николаева завалена цветами и венками – хоронили совсем недавно

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*