“Rus işğalçıları Zaporojye vilayətinin Novodanilovka kəndini fosforlu sursatlarla atəşə tutublar”.
KONKRET.az xəbər verir ki, bu barədə Zaporojye Vilayət Administrasiyasının mətbuat katibi İvan Arefyev məlumat yayıb.
“Poxovski rayonunun Novodanilovka kəndinin fosforlu sursatlardan atəşə tutulması nəticəsində Xrustalkova küçəsində yaşayış binasının dam örtüyü yanıb. Fövqəladə Hallar Nazirliyinin Zaporojye vilayətinin Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri fəsadları aradan qaldırıb. Hadisə nəticəsində xəsarət alan olmayıb”.
Xatırladaq ki, yaxın günlərdə Rusiya qoşunlarının Donetsk vilayətində və Mariupolda fosfor bombalarından istifadə etdiyi ilə bağlı məlumatlar yayılıb. Bunun nəticəsində dinc sakinlər və uşaqların yaralandığı bildirilib.
Vəsilə İbrahim,
KONKRET.az
