Salyanda avtomobil ağaca çırpılıb – Xəsarət alanlar varbackend

Salyanda avtomobil ağaca çırpılıb - Xəsarət alanlar var

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

KONKRET.azın məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2115 markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində Salyan şəhər sakinləri – 1998-ci il təvəllüdlü Elnur Elman oğlu Babayev və 2001-ci il təvəllüdlü Əlikram Əli oğlu Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*