Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu ölkədə daha bir skandalı ilə gündəmə gəlib.
KONKRET.az demokrat.az-a istinadən xəbər verir ki, səfir, Ukraynanın Xarkov şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılmasına mane olmaq üçün fəaliyyətə keçib.
Belə ki, E.Axundova Xarkov meriyasına müraciət ünvanlayaraq, adıçəkilən şəhərdə salınması planlaşdırılan “Filosoflar parkı”nda Nizami Gəncəvinin abidəsinin ucaldılmasına qarşı çıxıb. O, dahi Nizaminin abidəsinin əvəzinə, Mirzə Fətəli Axundovun heykəlinin ucaldılmasını təkid edib.

Səfirin skandal yaradan əməlləri bununla yekunlaşmayıb. E.Axundova daha sonra Nizami Gəncəvinin abidəsi üzərində işləyən azərbaycanlı heykəltəraş, Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanovdan işin dayandırmasını tələb edib.
Məlumdur ki, bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Ukraynada böyük şairin adına ucaldılacaq abidə isə “Nizami Gəncəvi İli”nə növbəti töhfə ola bilər.

Lakin görünən budur ki, xanım səfirin addımları Prezidentin sərəncamına qarşı çıxmaqdan ibarətdir. Beləliklə, Ukraynada qalmaqalları gündəmdən düşməyən Elmira Axundova növbəti skandalı ilə bu ölkədə daha çox Azərbaycan adına mənfi reputasiya yaratmaqla məşğuldur.
Xatırladaq ki, Ukraynanın ikinci böyük şəhəri Xarkovda Nizami Gəncəvinin adını daşıyan parkın açılması və orada dahi mütəfəkkirin abidəsinin ucaldılması ilə bağlı ilkin razılaşma 2019-cu ildə Xarkov şəhər meri Gennadi Kernes ilə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri olmuş Azər Xudiyev arasında keçirilən görüş zamanı əldə edilib.

Çox teessüf ki, bizim milletin nümayendeleri ölkeden xaricde bu seviyyesiz yazilarla hörmetli sefirimize yalandan böhtan atirlar. Bütün Ukrayna azerbaycanlilari bilir ki sefirimiz Elmira Axundova diasporanin Ukraynada möhkemlenmesi üçün gece gündüz durmadan çalışır, fedakarliq gösterir ve bütün resurslarından istifade ederek ölkemizin imicini xaricde yükseldir. Burda yazilanlarin eksine olaraq sefir E.Axundova böyük mütefekkirimiz ve şairimiz Nizami Gencevinin heykelinin Xarkov şeherinde qoyulmasi üçün elinden geleni edir ve hele şeher hakimiyyeti ile bir çox raziliqlar da elde olunub. Bu cür xeberleri yayanlar intriqa yolu ile öz maddi maraqlarini düşünürler ve insanlarin üreyini bulandirmaqla, fikirlerini yayindirmaqla ve şexsi edavet aparmaqla meşğuldurlar. Burda yazılanlar hamısı yalan melumatlardır. Elmira xanim çox milletsever, patriot ve dövlet menafeyini göz bebeyi kimi qoruyan dövlet memurudur. Bu kimi yazilar dövletimizin nüfuzunu gözden salır ve diaspora üzvlerini bir birine qaşi qoyur. Bu yalan melumatlar araya nifaq salir ve dövletimizin menafeyine xidmet etmir. Bu xeberleri evvelce yoxlayib, araşdirib yazsaydiniz çox yaxşi olardi. Çox çox xahiş edirem. Çünki bu yalanlara heç kim inanmaz. Ukraynada olan bütün diaspora rehberleri etiraz içerisindedirler. Elmira xanimin işleri göz önündedir. Bu iftiralari yaymaqla meşğul olanlara tövsiyyem o olardi ki, meneviyyatlarini satmasinlar. Ayibdir.