“Azərbaycanın İrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə vaxtilə Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində qiyabi təhsil alıb”.
Bu barədə politoloq Ərəstun Oruclu sosial şəbəkədə məlumat paylaşıb.
KONKRET.az məlumatı dəqiqləşdirmək məqsədilə BDU-nun mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva ilə əlaqə saxlayıb. O, xəbəri nə təsdiq, nə də təkzib edib. Bildirib ki, hazırda hüquq-mühafizə orqanları tərəfindən istintaq tədbirləri həyata keçirildiyinə görə hər hansı məlumatın verilməsi mümkün deyil.
SEVİNC
KONKRET.az
Elə təqdim edirsiz ki, sanki BDU-nun hüquq fakültəsi terrorist yetişdirir və özüdə qiyabi yolla…. Nə bilim vallah…