Solovyov Azərbaycanı təhqirə görə üzr istədibackend

Solovyov Azərbaycanı təhqirə görə üzr istədi

Sosial şəbəkənin rus seqmentində ermənipərəst rusiyalı teleaparıcı Vladimir Solovyovla Azərbaycan əsilli milyarder və iş adamı Qod Nisanov arasında olduğu iddia edilən söhbətin audio yazısı yayılıb.

KONKRET.az Musavat.com-a istinadla xəbər verir ki, söhbət zamanı Solovyov Nisanov qarşısında özünü təmizə çıxarmağa və aparıcı olduğu hansısa verilişi nəzərdə tutaraq, ona hesabat verməyə çalışır:

“Hörmətli Qod Semyonoviç, mən hər şeyi başa düşürəm, əndişənizi də bölüşürəm. Amma bu gün baxsınlar. Bu gün Paşinyanı söydülər və Əliyevi əməllicə təriflədilər. Şəxsən mən Əliyevi yaxşıca təriflədim”…

Olduqca geniş yayılandan sonra teleaparıcı Vladimir Solovyov səs yazısının məzmunu barədə açıqlama verməkdən yayınıb. Məsələyə ümumi münasibət bildirməklə, manevr edib.

O, “Qovorit Moskva” radiosuna bunları deyib:

“Mən müntəzəm olaraq çoxlu adamlarla danışıram. Mən azərbaycanlılarla danışıram, ermənilərlə, yəhudilərlə, başqa hər cür adamlarla danışıram. Nə olsun ki?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*