SON DƏQİQƏ: Yunanıstan Rusiyanın neft tankerini həbs etdibackend

SON DƏQİQƏ: Yunanıstan Rusiyanın neft tankerini həbs etdi

Yunanıstanın sahil mühafizəsi xidməti Rusiya neft tankerinin qarşısını kəsib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya bayrağı altında üzən “Pegas” gəmisi neft yükünü boşaltmaq üçün Peloponnesə gedirmiş.

Lakin əlverişsiz şərait səbəbindən tanker Evia sahilindəki Karystos şəhəri yaxınlığındakı təhlükəsiz buxtaya istiqamətləndirilib və orada saxlanılıb.

Yunanıstanın sahil mühafizəsi rəsmiləri gəminin Aİ-nin Rusiyaya qarşı sanksiyalarına uyğun olaraq saxlanıldığını açıqlayıblar.

Həmçinin gəminin neft yükünün deyil, özünün həbs olunduğu bildirilib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən Avropa İttifaqı, ABŞ və digər dünya dövlətləri Kremlə qarşı güclü sanksiyalar tətbiq edir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*