Rusiya sülhməramlıları ilə erməni separatçıları xidməti roman halındadırlar. Və bu kirayəşinlərin sevgi macərası ev yiyəsi ilə mülk davası etmək həddinə qalxmaq üzrədir. Ona görə də, eşqin qapısını onların üzünə bağlamaq lazımdır.
KONKRET.az xəbər verir ki, söhbət son günlərin əsas müzakirə mövzusu olan Laçın dəhlizindən gedir. Çünki rus-erməni özbaşınalıqları sərhəd tanımamağa başlayıb:
– Laçın dəhlizi ilə daşınan minalar Qarabağ İqtisadi Rayonunun ermənilər yaşayan hissəsində basdırılır. Daha doğrusu, qondarma rejim Azərbaycan ilə sərhəd saydığı əraziləri minalayaraq terroru davam etdirir;
– Laçın koridoru ilə sülhməramlıların müvəqqəti məsuliyyət zonasına hərbi texnika daşınır. Separatçılar isə Xocalı və digər yerlərdə təlim keçirirlər;
Humanizmə vandalizmlə cavab
44 günlük savaş ərzində Laçının güc yolu ilə geri götürülməsi, dəhlizin bağlanması üçün Azərbaycanın 1-2 saat sərf etməsi kifayət edirdi. Bununla da separatçı rejimlə Paşinyançı İrəvan, Putinçi Gümrü arasında heç bir bağ qalmayacaqdı. Bakı bunu etsəydi, Xankəndidəki Arayik tayfası bankaya atılmış həşərat kimi qapaqda deşik, nəfəslik duası edəcəkdilər. Lakin Bakı xeyirxahlığından qalmadı ki, qalmadı. Qərbdə qatil imici formalaşdıran Putini ermənilərin gözündə xilaskara çevirəndə nə biləydik ki, ermənilər kimi onun da çörəyi dizinin üstündədir. Hardan biləydik ki, həyatlarını bağışladığımız, acından ölməklərinin qarşısını almaq üçün üzlərinə Laçın dəhlizini açdığımız ermənilər humanizmə vandalizmlə, mərhəmətə cinayətlə cavab verəcəklər?
Nə biləydik deyəndə ki, onların məkirli xisləti bizə qarşı 1905, 1918-ci il qətliamları, 70 illik SSRİ deportasiya, sürgünləri, Qarabağ cəlladlıqları, Xocalı soyqırımları və başqa insanlığa sığmayan cinayətləri ilə çoxdan məlum idi. Sadəcə, yenə də böyüklük bizə qalır. Ancaq Qarabağ erməniləri kiçiklikdən küçüklüyə qədər yüyürüb quduzlaşmağı seçirlər. Kreml rusları ilə ət-dırnaq olanlardan yaxşı nəsə gözləmək sadəlövhlükdür. Niyə?
– Çünki Moskva Ukraynaya hücum etməklə insan qırğını qərarı verib. Ermənilər də hər iki Qarabağ savaşında buna nail olmaq istəyiblər;
– Kreml Ukraynanı ekoloji terrora məruz qoyub. Ermənilər də 30 il ərzində Qarabağa belə fəlakətlər yaşadıblar;
Deyəsən, adıçəkilən terrorları təkrarlamaq fikrindədirlər. Ona görə onları zərərsizləşdirmək lazımdır. Necə?
– Əslində Qarabağdakı separatçılıqdan tam can qurtarmaq üçün Rusiya sülhməramlılarının mandatı Xocalıda tikdikləri heykəllə birlikdə zibilliyə atılmalıdır, yaxud Yerablura gömülməlidir;
– Sülhməramlıları “upakovkalayıb” Moskvaya yollayandan sonra separatçıların tərksilahı, yaxud elə öz basdırdıqları minaların üstünə dırmaşdırılması asanlaşır;
– O ki qaldı erməniləri “qırmızı xətt” adlandıran İranın mümkün dəstəyinə, onlar hazırda yerə atılan əmmamələrinin hayındadırlar, hayların yox;
• Laçın koridorunun bağlanması “İrani-İrəvan”ın yubatmağa çalışdığı Zəngəzur dəhlizinin açılışını sürətləndirəcək.
Anar Rəhimov,
KONKRET.az