Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson hazırkı hökumət rəhbəri Rişi Sunakı atası Stenli Consona cəngavər rütbəsi verməyə çağırıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Britaniyada keçmiş baş nazirlərin fəxri adlara layiq bildikləri adamları irəli sürmək hüququ var və bir çox keçmiş hökumət başçısı bu fürsətdən istifadə edib.
Məlumata görə, Conson atası da daxil olmaqla 100 nəfərin siyahısını Baş nazirə təqdim edib.
Qeyd edək ki, keçmiş baş nazirin atası Stenli Conson 1979-1984-cü illərdə Avropa Parlamentinin üzvü olub. O, karyerası ərzində Dünya Bankı və Avropa Komissiyasında çalışıb. 2021-ci ildə İcmalar Palatasının deputatı Karolina Nouks Stenli Consonu 2003-cü ildə baş verən təcavüzdə ittiham edib.

Buna görə də onun cəngavər olmaq şansı çox aşağı qiymətləndirilir.
Məlumata görə, Sunak Boris Consonun təklifindən imtina edib.
İddia olunur ki, arqument olaraq eks-baş nazir keçmiş hökumət başçılarının ailə üzvlərinin fəxri adlarla təltif edilməsinin adət olduğunu əsaslandırıb.
Bundan əvvəl “The Guardian” qəzeti yazıb ki, Sunak Consonun yenidən parlament seçkilərində iştirakına icazə verməyəcək.
İqbal Rzayev,
KONKRET.az
