Tanınmış aktyor villasını 39 milyona SATIRbackend

Tanınmış aktyor villasını 39 milyona SATIR

Dünya şöhrətli aktyor Bred Pitt lüks malikanəsini satışa çıxarıb.

KONKRET.az xəbər verir ki, o, Los-Ancelesdə yerləşən villasını 39 milyon dollara satmaq istəyir.

Məlumatlara görə, sənətçi 1994-cü ildə Los-Feliz şəhərinin mənzərəli ərazisində bir çox məşhurların yaşadığı məhəllədə yerləşən evi 1 milyon 7 min dollara alıb.

Onu da qeyd edək ki, Bred orada zaman-zaman keçmiş həyat yoldaşları – Cennifer Eniston və Ancelina Coli ilə birlikdə yaşayıb.

Mülk 1915-ci ildə tikilib, sahəsi təxminən min kvadratmetrdir. Evdə dörd yataq otağı, dörd vanna otağı, kamin, kitabxana, yemək otağı, mətbəx və qonaq otağı mövcuddur. O cümlədən, malikanənin ərazisində ayrıca qonaq evi, hovuz, tennis kortu və konkisürmə meydançası da var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*