Təyyarə qəzaya uğradı: 14 ölübackend

Təyyarə qəzaya uğradı: 14 ölü

Braziliyanın Manaus şəhərindən Barselos qəsəbəsinə balıq tutmağa gedən 12 sərnişini olan kiçik təyyarə Amazon meşəsinə düşüb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 12 sərnişin və 2 ekipaj üzvü həlak olub. Bildirilib ki, ikimühərrikli turbovintli EMB-110 təyyarəsi səfərini başa vurmaq ərəfəsində eniş edərkən qəzaya uğrayıb. Qəzaya səbəb güclü yağış zamanı görmə qabiliyyətinin az olması ilə izah edilib.

Kiçik təyyarənin idman balıqçılığı ilə məşğul olan bir iş adamı tərəfindən icarəyə götürüldüyü deyilir. Qeyd edək ki, sentyabr ayı Amazon əyalətində balıq ovu üçün ən sıx mövsüm sayılır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*