111 il əvvəl aysberqlə toqquşub, sərnişinləri və ekipajı ilə birlikdə batmış Titanik gəmisinin qalıqlarının tədqiqi zamanı yeni tapıntılar əldə edilib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu gəmidə araşdırma aparan “Magellan Ltd” tədqiqat şirkətinin direktoru Riçard Parkinson deyib.
Onun sözlərinə görə, Titanikdə nəsli kəsilmiş meqalodon köpəkbalığının dişindən hazırlanmış ornament tapılıb.
Britaniyalı jurnalistlər bildirib ki, dişin həqiqətən də meqalodona aid olub-olmadığını bilmək hələlik mümkün deyil.
Qeyd edək ki, göyərtəsində 2224 sərnişin və ekipajı olan gəmi 15 aprel 1912-ci ildə Kanadanın Nyufaundlend sahillərində batıb. Qəzada təxminən 1517 nəfər həyatını itirib.
İqbal Rzayev,
KONKRET.az
