Türkiyədə avtobus qəzası: Onlarla yaralı var – FOTObackend

Türkiyədə avtobus qəzası: Onlarla yaralı var - FOTO

Türkiyənin Eskişehir şəhəri yaxınlığında avtobusun qəzaya uğraması nəticəsində azı 35 nəfər xəsarət alıb.

KONKRET.az-ın məlumatına görə, avtobus sərnişinləri Bodrumdan Eskişehirə aparırmış. Təyinat yerindən 15 km aralıda sürücü idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq arxa aşıb.

Tezliklə hadisə yerinə polis və tibb işçiləri gəlib. Zərərçəkənlərdən bəzilərinə yerində yardım göstərilib, bəziləri isə Eskişehirdəki xəstəxanalara aparılıblar. Hadisənin başvermə şəraiti və səbəbləri ilə bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*