Türkiyənin 20 əyalətinə sarı xəbərdarlıq edildi – FOTObackend

Türkiyənin 20 əyalətinə sarı xəbərdarlıq edildi - FOTO

Türkiyə Meteorologiya İdarəsi ölkənin 20 əyaləti üçün sarı təhlükə səviyyəsi elan edib.

Məlumat qurumun saytında yerləşdirilib.

KONKRET.az xəbər verir ki, xəbərdarlıq Afyonkarahisar, Amasya, Ankara, Antalya, Burdur, Kankırı, Korum, Isparta, Kastamonu, Kayseri, Kırşehir, Konya, Nevşehir, Niğde, Sivas, Tokat, Yozgat, Aksaray, Karaman və Kırıkkale kimi vilayətləri əhatə edib.

Gözlənilən hava hadisəsi fövqəladə vəziyyət yaratmadan təhlükəli nəticələrə səbəb ola biləcəyi halda təhlükənin sarı səviyyəsi elan edilir.

İyunun 11-də Türkiyənin 20 vilayətində tufan gözlənilir. Hakimiyyət ildırım çaxması, əraziləri su basması və ictimai nəqliyyatda mümkün problemlər barədə xəbərdarlıq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*