Twitterin 9,2 faizini satın alan İlon Mask keçmiş səhmdarlar tərəfindən bu satınalma elanını gecikdirdiyi üçün məhkəməyə verilib.
KONKRET.az xəbər verir ki, Maskın həmin dövrdə şirkətdəki paylarını satanlara ziyan vurduğu iddia edilir.
Bildirilib ki, Manhetten federal məhkəməsində qaldırılan kollektiv iddiada səhmdarlar Maskı martın 24-nə qədər Twitter-ə sərmayəsini açıqlamamaqla günahlandırdılar.
Maskın səhm aldığını elan etməsindən sonra Twitter səhmləri aprelin 4-də 39,31 dollardan 49,97 dollara qədər- 27 faiz artıb.
Mark Rasella başda olmaqla keçmiş səhmdarlar gecikmiş elanın Maskın Twitter səhmini daha aşağı qiymətlərlə almağa, eyni zamanda “süni şəkildə azaldılmış” qiymətlərlə satmağa sövq etdiyini vurğulayıb.
Qeyd edək ki, ABŞ qanunları investorların şirkətin 5 faizini satın aldıqdan sonra 10 gün ərzində açıqlamasını tələb edir.
İqbal Rzayev,
KONKRET.az
