“Üçüncü ölkəyə ehtiyac yoxdur, cəsarətli olmalıdır” – Çavuşoğludan Ermənistana ÇAĞIRIŞbackend

"Üçüncü ölkəyə ehtiyac yoxdur, cəsarətli olmalıdır" - Çavuşoğludan Ermənistana ÇAĞIRIŞ

“Türkiyədə görüş keçirilməsinin heç bir ziyanı yoxdur, üçüncü ölkəyə gərək də yoxdur”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi ilə bağlı açıqlama verib.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çavuşoğlu Türkiyənin prosesləri izlədiyini Prezidentlər arasında müzakirələrin davam etdiyini bildirib:

“Birgə Sərhəd Komissiyasının yaradılması, Azərbaycanın təklif etdiyi sülh müqaviləsi ilə bağlı razılıq əldə olunmalıdır. Qardaşım Ceyhun Bayramov bizə məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevlə dövlət başçımız Rəcəb Tayyib Ərdoğan arasında da müzakirələr davam etdir. Biz prosesləri dəstəkləyirik”.

Çavuşoğlu Ermənistana da səslənib və daha cəsarətli addım atmalı olduqlarını diqqətə çatdırıb:

“Türkiyədə görüş keçirilməsinin nə ziyanı var? Üçüncü ölkəyə nə ehtiyac var? Daha cəsarətli davranmalıdırlar”.

 

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*