Ukrayna onu səfir göndərmək istədi: Qazaxıstan RAZILAŞMADI backend

Ukrayna onu səfir göndərmək istədi: Qazaxıstan RAZILAŞMADI 

Qazaxıstan Luqansk Regional Hərbi Administrasiyasının keçmiş rəhbəri Sergey Qaydayın diplomatik missiyanın rəhbəri kimi qəbul edilməsinə razılıq verməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Qeyd olunub ki, Qazaxıstan tərəfi Ukrayna səfirinin yerinə peşəkar diplomat görmək istədiyini açıqlayıb.

Məlumata görə, Sergey Qayday 2019-cu il oktyabrın 25-dən Luqansk Regional Dövlət Administrasiyasının rəhbəri olub. O, 2023-cü il martın 15-də prezidentin sərəncamı ilə vəzifəsindən kənarlaşdırılıb.

Xatırladaq ki, Ukraynanın Qazaxıstandakı əvvəlki səfiri Petro Vrublevski qalmaqallı bəyanatdan sonra 2022-ci ilin oktyabrında Prezident Volodimir Zelenski tərəfindən tutduğu vəzifədən azad edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*