Ukrayna Silahlı Qüvvələrinin 1026 əsgəri əsir götürüldü – Rusiya MNbackend

Ukrayna Silahlı Qüvvələrinin 1026 əsgəri əsir götürüldü - Rusiya MN

“Ukrayna Silahlı Qüvvələrinin 1026 əsgəri, o cümlədən 162 zabiti əsir götürülüb”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda Mariupolda Ukrayna Silahlı Qüvvələrinin 1026 əsgərinin, o cümlədən 162 zabitinin təslim olduğu deyilir.

Daha əvvəl də Ukraynanın mindən çox hərbçisinin “DXR” qoşunlarına təslim olduğu bildirilib.

Lakin Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç Ukrayna Silahlı Qüvvələrinin dəniz piyadalarının təslim olması ilə bağlı heç nə deməyib, O, 36-cı dəniz piyada briqadasının Azovla müdafiə zonasına qoşulmaq üçün keçdiyini bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*