“Virus haqqında 2019-da bilirdilər, lakin tədbir görmədilər” – Məşhur alim SİRLƏRİ AÇIQLADI – VİDEObackend

"Virus haqqında 2019-da bilirdilər, lakin tədbir görmədilər" - Məşhur politoloq SİRLƏRİ AÇIQLADI - VİDEO

“Müasir dilçiliyin atası” və analitik fəlsəfənin ən böyük nümayəndələrindən hesab edilən dünyaca məşhur 91 yaşlı ABŞ tarixçisi və politoloqu Noam Çomski koronavirusla bağlı açıqlamalar verib.

KONKRET.az xəbər verir ki, alim özünün iş otağından onlayn olaraq xorvat filosof və yazıçı Sreçko Horvat ilə həmsöhbət olub. O, söhbət zamanı koronavirusla bağlı suallara cavab verərkən bunları deyib:

“Əslində 2019-cu ilin oktyabrında ABŞ və dünya səviyyəsində bir virus üçün geniş miqyaslı bir simulyasiya ediləcəyi məlum idi. Heç bir şey edilmədi. Qısası, bu böhran siyasi sistemlərin xəyanəti üzündən daha pis vəziyyətə gəldi. Sahib olduqları məlumata lazimi önəmi vermədilər.

31 dekabrda Çin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) hesabat verdi ki, pnevmaniyaya bənzər lakin məlum olmayan bir xəstəlik aşkarlanıb. Bir həftə sonra Çin alimləri bunun bir koronavirus olduğunu aşkar etdi. O anda ölkələr bunun koronavirus olduğunu anladılar və necə mübarizə aparmalı olduqlarını bilirdilər. Amma bəzi ölkələr heç bir şey etmədi, sadəcə görməzdən gəldilər”.

Metbuat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*