Qazaxıstanın Atırau vilayətinin İsatay rayonunun Sevrujya Spit ərazisində ölü balıqlar tapılıb.
KONKRET.az xəbər verir ki, balıqların əksəiyyəti kefaldır. Yığılan balıqların ümumi çəkisi 1 ton 380 kq olub. İlkin məlumatlara görə, balıqların kütləvi tələf olması Xəzər dənizində baş verən dalğalanmalar nəticəsində baş verib.
“Dənizdə vaxtaşırı belə hadisələr müşahidə olunur, yəni dalğalar bir neçə on kilometr – 5-dən 25 km-ə qədər hündürlüyə qalxır. Belə olan halda balıqlar dərinliyə çəkilir.
Oxşar fakt 2022-ci ilin sentyabrında da qeydə alınıb”, – deyə Qazaxıtan Ekologiya Nazirliyinin Balıqçılıq Təsərrüfatı Komitəsindən bildirilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az