Xəzərdə dalğanın hündürlüyü 2,3 metrdir – Faktiki havabackend

Xəzərdə dalğanın hündürlüyü 2,3 metrdir - Faktiki hava

Aprelin 13-ü saat 00:00-a olan məlumatına əsasən, ölkə ərazisində müşahidə olunan güclü  şimal-qərb küləyi davam edir. 

Bu barədə KONKRET.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Küləyin ani maksimal sürəti  Ağdam,  Naftalan, Bərdə və Tərtərdə 28-30 m/s,  Zərdabda 28 m/s,  Şəmkirdə 24 m/s,  Şəkidə  25 m/s,   Göyçayda 22 m/s,  Gəncə, Neftçala, Sabirabadda  20 m/s, Ceyrançöldə 17 m/s,   Biləsuvar, Xaltanda 16 m/s,   Kürdəmirdə 15 m/s,  Ağstafa və Tovuzda 14 m/s-ə çatıb. Bakıda və Abşeron yarımadasında: Bakıda 25 m/s, Maştağada 23 m/s,  Pirallahı, Binədə 19 m/s,  Çilov adası,  Neft Daşlarında 18 m/s -dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,3 metrdir.

Şimal-qərb küləyinin sürətinin aprelin 13-ü gecə 25-30 m/s, səhər saatlarında isə 18-23  m/s, gündüz 15-18 m/s-dək olacağı, axşam isə 12 m/s-dək mülayimləşəcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*