Yaponiyanın şimal-şərqindəki Fukusimada 5,4 bal gücündə zəlzələ baş verib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiya Meterologiya Agentliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, hadisə yerli vaxtla saat 08:16-da Fukusimada baş verib.
“East Japan Railway” şirkəti zəlzələ səbəbilə sürətli qatarların qısa müddətə dayandığını açıqlayıb.
İqbal Rzayev,
KONKRET.az
