“Yox” deməyib” – Çavuşoğludan Putin-Zelenski görüşü ilə bağlı AÇIQLAMAbackend

"Yox" deməyib" - Çavuşoğludan Putin-Zelenski görüşü ilə bağlı AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskinin görüş ehtimalından danışıb.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, görüşün baş tuta biləcəyini bildirib.

Görüş iki liderin, xüsusilə də, Putinin “hə” deməsinə bağlıdır. Putin “yox” deməyib, lakin son günlərdə tərəflər arasında gərginlik daha da artıb. Putinlə Zelenskinin bir araya gəlməsi üçün fikir ayrılıqlarının aradan qaldırılması lazımdır. Bunun alınması üçün isə iki tərəfin nümayəndə heyətlərinin daimi müzakirələr apardığını görürük”.

Çavuşoğlu qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı və ukraynalı həmkarları arasında telefon danışığı baş tutacaq.

 

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*