Yunanıstan Rusiya qazından imtina etməyə hazırlaşırbackend

Yunanıstan Rusiya qazından imtina etməyə hazırlaşır

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis enerji sektorunda ən pis ssenarilərə, o cümlədən Rusiyadan qaz nəqlinin tamamilə dayandırılması ehtimalına hazır olmağa çağırıb.

KONKRET.az lenta.ru-ya istinadən xəbər verir ki, siyasətçinin fikrincə, enerji təchizatının şaxələndirilməsində məhz LNG üçün infrastruktur əsas rol oynamalıdır.

“Revitus terminalı həm hazırkı, həm də modernləşdirilmiş formada müvafiq planlarda əsas rol oynayacaq”, – o vurğulayıb.

Bununla yanaşı, baş nazir əlavə edib ki, hakimiyyətin prioriteti enerji daşıyıcılarının aşağı qiymətini saxlamaq olmalıdır.

“Biz istehlakçılar, vətəndaşlar və biznes üçün mümkün olan ən aşağı enerji qiymətlərinə sadiqik”, – deyə o bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*