Zelenski Almaniya Prezidentinin Ukraynaya səfər istəyini RƏDD ETDİ – ƏTRAFLIbackend

Zelenski Almaniya Prezidentinin Ukraynaya səfər istəyini RƏDD ETDİ - ƏTRAFLI

Volodimir Zelenski Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Kiyevə səfər etmək istəyini qəbul etməyib.

KONKRET.az xəbər verir ki, bu barədə Almaniya KİV-ləri məlumat yayıb.

Lakin alman mətbuatı Zelenskinin imtinasının səbəbini açıqlamayıb.

Məsələ ilə bağlı Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç Almaniyanın ARD telekanalına Zelenskinin səfəri niyə qəbul etmədiyini bilmədiyini deyib.

Arestoviç həmçinin qeyd edib ki, Almaniya kansleri Olaf Şoltsun Ukraynaya səfəri reallaşa bilər. Ukrayna rəsmisi bu səfərin Kiyevə silah tədarükü məsələsinə görə, vacib olduğunu bildirib:

“Prezidentimiz praktik qərarlar qəbul etmək və o cümlədən, silah tədarükü ilə bağlı kanslerin səfərini gözləyir”.

 

Vəsilə İbrahim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*