Zelenski İtaliyaya səfərə getdibackend

Zelenski İtaliyaya səfərə getdi

Ukrayna Prezidenti Vladimir Zelenskinin İtaliyaya işgüzar səfəri başlayıb.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, o, bu ölkənin ali rəhbərliyi  görüşəcək.

Bu barədə fevralın 7-də dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısı İtaliya Prezidenti Sercio Mattarella və baş nazir Cüzeppe Konte ilə görüşəcək”,-deyə məlumatda bildirilir.

Məlumdur ki, fevralın 8-də Ukrayna lideri Vatikana gələcək və orada Roma Papası Fransisklə görüşəcək.

“Bundan başqa, Ukrayna prezidentinin Müqəddəs Taxt-Tacın dövlət katibi Pietro Parolinlə görüşü baş tutacaq. Görüşdə Müqəddəs Taxt-Tacın dövlətlərarası münasibətləri üzrə katibi Pol Riçard Qallaher də iştirak edəcək”, – deyə bundan əvvəl Prezidentin ofisində məlumat verilib.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*