“Azpetrol” Əsgəran qəsəbəsində modul tipli YDM-ni istifadəyə veribbackend

"Azpetrol" Əsgəran qəsəbəsində modul tipli YDM-ni istifadəyə verib

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik “Azpetrol” şirkəti strateji inkişaf planına uyğun olaraq, Xocalı rayonun Əsgəran qəsəbəsində modul tipli, sayca 105-ci tipli yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib.

KONKRET.az xəbər verir ki,yeni məntəqədə Aİ-92, Aİ-95 və dizel yanacaq növlərinin satışı həyata keçiriləcək.

“Azpetrol”un ilk YDM-i – “Spartak”, 1997-ci il iyulun 15-də Bakının Nəsimi rayonunun Moskva prospektində, 1013-cü məhəllə ünvanında açılıb. Hazırda Şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 100-dən çox YDM-i, 1 maye qazdoldurma məntəqəsi (QDM ), 4 CNG tipli (CNG) qazdoldurma postu (Sıxılmış təbii qaz), 4 LPG postu (Propan-Butan), 1 STQ tipli (CNG) terminalı və 20 elektromobillərin enerji ilə doldurulma postu fəaliyyət göstərir.

“Azpetrol” – Daim inkişafa doğru!

Əlaqə: 957

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*