Bu gün peyvənd olunanların sayı AÇIQLANDI – FOTObackend

Bu gün peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 7 603 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 552, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 538, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 6 018, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 495 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 574 804, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 332 840, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 834 938, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 171 771, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 235 255 nəfər təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*