“Bu qədər şərəfsizliklə necə yaşaya bilirlər? – Onlar hər təhqirə layiqdir”backend

“Bu qədər şərəfsizliklə necə yaşaya bilirlər? – Onlar hər təhqirə layiqdir”

Akif Əli, fəlsəfə doktoru, yazıçı-publisist

Bir neçə gün öncə Bakıda yeni açılan Hərbi Qənimətlər Parkında oldum. Və bəri başdan ilk təəssüratımı deyim ki, parkın eksponatları arasında gəzdikcə, əzilib məhv edilmiş heybətli, nəhəng hərb maşınlarına baxdıqca beynimdə yalnız bir fikri dolaşırdı: “Şərəfsizlər!” İndi dəmir-dümür qırıntılarına çevrilib metallomluq olan bu qorxunc maşınları üstümüzə göndərənlərin nə qədər şərəfsiz olduğu göz qabağındadır.

Demək ki, bu nəhəng hərbi gücü biz  azərbaycanlıları öldürmək, məhv etmək, yox etmək üçün Qarabağa yığıbmışlar. 30 il ərzində vəhşi tayfaya pulsuz-parasız, hədiyyə olaraq bağışlanan bu tanklar, toplar, minaatanlar, avtomat silahlar, raketlər, bombalar ona görə Qarabağa toplanırmış ki, azərbaycanlılar haçansa öz torpaqlarını geri qaytarmaq üçün gəlsə, onları qırsınlar, məhv edib yer üzündən silsinlər və işğal etdikləri torpaqları ömürlük işğalda saxlasınlar.

Amma bu qədər şərəfsizliklə onlar necə yaşaya bilirlər və ümumən, harda olur-olsun, şərəfsiz adamların yer üzündə necə yaşaya bildiyini anlamaq çox çətindir! Ləyaqət, mənəviyyat, insanlığa xas uca dəyərlər olmadan, üstəlik bu barədə bəlkə heç  təsəvvürü olmadan yaşamaq insan yaşayışı deyil.

Parkı gəzdikcə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həqiqətən nəyi, nə vaxt, necə etməyi hamıdan yaxşı bildiyinə bir daha əmin olunur. Onun müharibə dövründəki qətiyyətli fəaliyyətini xüsusi tədqiqat mövzusu kimi bir anlıq kənara qoyub da, park ideyasına diqqəti yönəldək. Prezident artıq Qələbə gününün səhərisi, noyabrın 11-də düşməndən qənimət götürülmüş və məhv edilmiş texnikanın nümayişi barədə planı olduğunu dedi. Bir ay sonra, dekabrın 10-da Zəfər paradında həmin texnikanın bir qismi nümayiş etdirildi. Sonra açıq səma altında Hərbi Qənimətlər Parkının salınması barədə təşəbbüs irəli sürdü və qısa vaxtda bu unikal layihə həyata keçirildi. Hərbi Qənimətlər Parkı Vətən Müharibəsinə və “Dağlıq Qarabağ problemi” deyilən süni sürüntüyə birdəfəlik son qoyan “Qarabağ – Azərbaycandır” nidasının orijinal təzahürüdür!

Torpaqlarımızdan iti qovan kimi qovduğumuz erməni hərbçilərinin arxalandıqları şərəfsiz güclərin sayəsində on qat möhkəmləndirilən istehkamlarda, döyüş mövqelərində, beton səngərlərdə atıb qaçdıqları ağır texnikanı, raket kompleksləri, hərbi nəqliyyatları və saysız-hesabsız digər silah-sursatları Qalib Ordumuz qənimət kimi götürdü. “Trofey” götürmək bütün müharibələrin qaydasıdır.

İşğaldan azad olunmuş torpaqlardakı 2000-dən çox avtomobilin nömrə nişanlarından hazırlanan iri lövhə parkın mərkəzində düşmənə əsil göz dağı kimi dikəlir. KUB zenit-raket kompleksi, 150-dək ağır texnika, “T-72” tankları, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa” zenit-raket kompleksi… 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərinin və anlaşılmaz missiya ilə gəlib-gedən Amcey Kasprşikin gözü qarşısında qurulan o beton istehkamlar, tank əleyhinə qazılan dərin xəndəklər, mina sahələri, beton dirəklər, metal “kirpilər”, tikanlı məftillər, növ-növ maneələr… Hüdudsuz erməni vəhşiliyi adamı dəhşətə gətirir. Özünü daim “qədim mədəni xalq” adlandırsa da, mədəniyyətdən, əxlaqdan, şərəfdən, ləyaqətdən, bir sözlə, insanlıqdan uzaq olan bu qarı düşmənə heç vaxt heç bir “humanist, demokratik, bəşəri” bəhanə altında bəraət ola bilməz!

Xüsusən, talvardan asılı halda boş qalmış papaqlarından ibarət ekspozisiya çox güclü emosional təsirə malikdir. “Nazəndə humanistlər” məni qınasa da deyəcəm: o papaqlar sallanan talvarın altında Xocalını, şəhidlərimizi, soyqırımları yada salıb şərəfsizlərin gəzdirdiyi dəmir papaqlardan birinə təpik vurmadan keçmək istəmirsən. Bu şərəfsizlər hər cür təhqirə layiqdirlər… Emosional qənaətdir? Olsun! Amma körpə qız uşağını divara mıxlayıb dərisini soyan və saatına baxıb neçə dəqiqəyə öləcəyini gözləyən emosiyasız məxluqlara da İnsan deyilməz!

Burada ölkə rəhbərinin ifadə etdiyi ədalətli fikirlər tam yerinə düşür: “…Biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Biz çox xeyirxah xalqıq. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq”.

Açıq səma altında sərgilənən hər detal təkcə şərəfsiz “maşaların” özünə deyil, qərinələr boyu o “maşanı” əlində oynadan, türkün üstünə qısqırdan, guya “sülh  yaradırlarmış” kimi torpaqlarımızın işğalına səbəb olan çeşidli tülkü siyasilərin hamısına göz dağıdır! Onlar bunu heç vaxt gözləmirdilər! Ələlxüsus da yüzillərdir “basıb əzdikləri” Azərbaycandan…

Ancaq hər bir qeyrətli, vətənsevər azərbaycanlı üçün (və bütün Türk Dünyası üçün) indi bu məkan qürur mənbəyidir, fəxarət yeridir. Tarixi Qələbəmizin təntənəli nümayişidir. Və haqqımızdır! Sərgilənən eksponatlar hansı çətinliklərlə üz-üzə qaldığımızı, igid döyüşçülərimizin necə böyük şücaətlər göstərdiyini, Ordumuzun hansı qəhrəmanlıqlar hesabına Zəfər çaldığını seyrçilərə göstərir. Göz önündə Vətən Müharibəsinin odlu-alovlu döyüş epizodları canlanır… Bu kiçik məkanda Böyük Azərbaycan Xalqının yüksək mənəvi ruhu, Azərbaycan Əskərinin və Zabitinin peşəkarlığı haqqında əsil həqiqi informasiya dolaşır. Bu hisli-paslı, darmadağın edilmiş metal qırıntılarının arasında aslan döyüşçülərimizin  qabağından qaçan aciz düşmənin cılızlığı və qorxaqlığı özünü göstərir…

Hərbi Qənimətlər Parkı çox böyük əhəmiyyətə malik məkandır. Onun əhəmiyyətini dərk etməyən, buradakı ab-havanın yaratdığı özəlliyi duymayan, qəddar düşmənin layiq olduğu aqibəti haqq etdiyini anlamayan, anlaya bilməyən və “nazəndə demokrasi humanizmlə” səsi tirəyə-titrəyə “zavallı düşmənə” qahmar çıxanlar – yalnız bu Vətəni sevə bilməyən cılız xislətlilər, onu azad, müstəqil görmək istəməyən pisniyyətli miskinlər olar.

80-90-cı illərdə respublikamızda apardığı təxribatlar nəticəsində və Kremlin dəstəyi ilə yaradılan ictimai-siyasi qarışıqlıq şəraitində fürsətdən istifadə edib növbəti dəfə torpaqlarımızı zəbt edən, Sovet ordusuna arxalanaraq silahsız, əliyalın əhalimizə “qalib gəldiyi” ilə öyünən, 30 ildir azərbaycanlıları təhqir edərək “qorxaq”, “döyüşə bilməyən aciz” millət kimi qələmə verən ermənilərə həmin “döyüşə bilməyən qorxaq” azər oğulları  cəmi 44 gün ərzində elə bir toy tutdu ki, səsi qiyamətə qədər qulaqlarından getməyəcək. Ölümün üstünə şığıyan igidlərimiz dünya hərb tarixinə yeni səhifələr yazdılar. Müdrik komandanlıq, qeyrətli zabit heyəti xalqla əlbir şəkildə bölgədə tamamiləı yeni reallıq yaratdılar. Azərbaycan Ordusunun yazdığı tarix dərsini indi “iri güclər” də diqqətlə öyrənir, təcrübəmizdən bəhrələnir, hərbi planşetlərinə köçürürlər… Bütün coğrafi cəhətlərdən üstümüzə gələn erməni yanlıların hamısının toplam bəd əməllərinə verilən layiqli cavabla onlar Hərbi Qənimətlər Parkında əyani tanış ola bilərlər. Qarabağın Azərbaycan olduğunu dərk etmələri üçün bir ekskursiya yetər!

Muzey dünyaya çox mesajlar verir. Biri də o ki, insanlıqda payı olmayan, mədəniyyətdən xəbərsiz, vəhşi əməl sahibi, döyüş bölgəsindən uzaqdakı şəhərləri bombalayan, dinc əhalini qətlə yetirən şərəfsiz qövm tez-gec layiq olduğu cəzanı almalıdır və aldı. Eynən vaxtilə faşist Almaniyasının törətdiyi cinayətlərin bənzəri olaraq  etnik təmizləmə siyasəti aparan, Xocalı soyqırımını törədən, Şuşa kimi nadir incini məhv etməyə qalxan, Qarabağda və ətraf ərazilərdə bir salamat ev buraxmadan hər tərəfi ibtidai qəbilə barbarlığı ilə söküb-talayan, dağıntılar törədən, meşələri məhv edən, məscidləri, mədəniyyət ocaqlarını, müqəddəs məzarlıqları belə goreşən xisləti ilə eşim-eşim eşən tayfa layiq olduğu cəzanı aldı. Əsrlər boyu satqınlıqla və təxribatla məşğul olan, xalqımıza qarşı əzazillik edən, saxtakar, hiyləgər, yalançı, məlun düşmənin təpəsinə endirilən “Dəmir Yumruq” – yalnız azərbaycanlı olduğu üçün qətlə yetirilən yüz minlərlə günahsız şəhidin, qız-gəlinin, qocanın, qadının, uşağın, işgəncələr altında məhv edilən əsir və girovların nahaq qanlarının əvəzi oldu. Olmalıydı – oldu! Qisas qiyamətə qalmadı!

İndiki “Ermənistan” adlanan saxta dövlətin hərbi cinayətlərinin bariz sübutları parkda cəm olunub. Bakıya gələn xarici turistlərin də, rəsmi qonaqların da səfər proqramına Hərbi Qənimətlər Parkı daxil edilməlidir ki, alman faşizminin aqibətini görən dünya erməni faşizminin də aqibəti ilə tanış olsun. Və öz təəssüratlarını muzeyin qonaqlar üçün rəy kitabına yazsın.    

Açıq səma altındakı orijinal muzey kiçik yaşlı məktəblilər, yeniyetmələr, gənclər və bütün öyrənçilər üçün də ən yaxşı əyani tədris məkanıdır. Qarabağ uğrunda gedən müqəddəs Vətən Müharibəsində şərəfsizlər üzərində qazandığımız layiqli Qələbə bizim günlərin şərəf tarixidir. Bu tarix bütün gələcək nəsillər üçün də şərəf və qürur mənbəyi olacaqdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*