COVID-19-a yoluxan aktrisanın üstünə qaynar su da töküldü – FOTObackend

COVID-19-a yoluxan aktrisanın üstünə qaynar su da töküldü - FOTO

Türkiyəli məşhur aktrisa Qonca Vuslateri koronavirusa yoluxub.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müalicəsinə xəstəxanada davam edən aktrisanın üstünə belindən aşağı qaynar su tökülüb.

Belə ki, Vüslateri rahat nəfəs ala bilmək üçün qaynar suyun içinə kəklikotu yağı töküb. Ehtiyatsızlıqdan bir qazan qaynar su onun üstünə aşıb.

“Qışqırıqlarımla bütün İstanbulu ayağa qaldırdım”, – deyə o sosial şəbəkə hesabında yazıb.

Aktrisa qeyd edib ki, kök hüceyrə müalicəsi ilə tezliklə ayağa qalxacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*