Ermənipərəst teleaparıcıdan Rusiya efirində şok sözlər: “Hitler çox cəsur insan idi” – VİDEObackend

Ermənipərəst teleaparıcıdan Rusiya efirində şok sözlər: “Hitler çox cəsur insan idi” - VİDEO

Rusiya Federasiyası parlamentinin aşağı palatası – Federal Məclisin Dövlət Dumasının Kommunist Partiyasından olan deputatı Valeri Raşkin “Rusiya 1” telekanalında yayımlanan “Vladimir Solovyevlə axşam” verilişindən sonra Baş Prokurorluğa müraciət edib.

KONKRET.az xəbər verir ki, buna səbəb Vladimir Solovyevin veriliş zamanı müxalifət lideri Aleksey Navalnını nasist Almaniyasının lideri Adolf Hitlerlə müqayisə etməsidir. V.Raşkin özü Baş Prokurorluğa müraciət etməsi barədə məlumat Znak.com-a təsdiqləyib.

“Hitler şəxsən çox cəsur bir insan idi. Bu qulfikfürerdən (Navalnını nəzərdə tutur) fərqli olaraq ordunu biçməyib. Hitler döyüşüb, Birinci dünya müharibəsində cəsarətlə döyüşüb”, – deyə Solovyev efirdən bildirib.

İnternet istifadəçilərinin fikrincə, Solovyevin işlətdiyi fikirlərdə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 1-ci hissəsi (“Nasizmə bəraət qazandırılması”) ilə cinayət tərkibi görülə bilər.

Deputat V.Raşkin Baş prokurordan Solovyevin fikirlərinin ekstremist fəaliyyət əleyhinə və nasizmin reabilitasiyasının qadağan olunması ilə bağlı qanunların pozulması kontekstində araşdırılmasını xahiş edib. (teleqraf.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*