Ermənistanın “Shtigen” günəş enerjisi şirkəti Xankəndidə filialını açıb.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, “Hələ 2020-ci ilin oktyabrında, döyüş əməliyyatları dövründə şirkətin sahibi, Ayk Şekyan Azərbaycanla münaqişənin nəticəsindən asılı olmayaraq regional ofis açdığını elan edib”. O bildirib ki, filialın açılmasında əsas məqsəd özəl və dövlət sektorunun geniş iştirakı ilə bu bölgənin enerji təhlükəsizliyini və müstəqilliyini təmin etmək üçün geniş proqramların həyata keçirilməsidir.
“Filialın bugünkü reallıqda açılması iki vəzifənin yerinə yetirilməsinə xidmət edir: Artsaxın enerji təhlükəsizliyi kəmərinə daxil edilməsi, həmçinin ümumerməni biznes seqmentinin bölgəni inkişaf etdirməsi, yeni iş yerləri və mütəxəssislərin yaradılması”, – deyə Ayk Shekyan bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
