İlon Mask Twitter-in bütün səhmlərini ALMAQ İSTƏYİRbackend

İlon Mask Twitter-in bütün səhmlərini ALMAQ İSTƏYİR

Twitter-in 9,2 faiz səhminə sahib olan İlon Mask şirkətin bütün səhmlərini almaq istədiyini bildirib.

KONKRET.az “Reuters”ə istinadən xəbər verir ki, Mask Twitter-də idarə heyəti üzvlüyündən imtina etdikdən sonra bu qərarı verib.

Şirkətin hər bir səhmi üçün 54,20 dollar ödəməyi təklif edən Mask bütün səhmləri almaq istədiyini bildirib:

“Mənim təklifim ən yaxşı və son təklifidir. Qəbul edilməzsə, səhmdar kimi mövqeyimə yenidən baxmalı olacağam”.

Qeyd edək ki, təklif qəbul olunarsa, Mask Twitter-i təxminən 41 milyard dollara satın almış olacaq.

 

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*