İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 516 nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
***
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.
***
İranın cənubundakı Bəndər Abbas şəhərində dəniz limanında güclü partlayış olub.
KONKRET.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə yanacaq tankerinin partlaması nəticəsində baş verib. Partlayış dalğası o qədər güclü olub ki, ərazidəki bir ofis binasını və bir çox avtomobili tamamilə sıradan çıxarıb. 50-yə yaxın şəxsin yaralandığı bildirilir.