İslah olunmayan “avtoş” yenidən iş başında – “Qaziyəm” deyib nömrəsiz sürürbackend

İslah olunmayan "avtoş" yenidən iş başında - "Qaziyəm" deyib nömrəsiz sürür

Bakıda yol hərəkəti qaydalarını pozan sürücü öz görüntüləri ilə yenidən gündəmi zəbt edib.

KONKRET.az xəbər verir ki, 77-PL-320 qeydiyyat nişanlı “Khazar” markalı avtomobilin sürücüsü ön qeydiyyat nişanını çıxararaq bu dəfə şəhərin mərkəzində hərəkət etməyə başlayıb. O, Niyazi küçəsi, Neftçilər prospekti və digər küçələrdə qeydə aldığı videoları sosial şəbəkə hesabında paylaşıb.

Asqı sisteminə dəyişiklik edən sürücü avtomobilin arxasını aşağı, önünü isə yuxarı qaldıraraq görünüşünü dəyişib. Eyni zamanda işıq cihazlarına müdaxilə edərək normativ tələbləri pozub.

Bu sürücü ilə bağlı dəfələrlə inzibati məsuliyyət tədbirləri həyata keçirilsə də, o, intizamsızlığına davam edir.(avtosferaz)

  • Ülviyyə İsgəndərova
    İyul 29, 2024 - 14:09

    Görürsüz, bariz sübut. Bə’zi şəhid ailələrinin üzvləri, qazilər öz statuslarından sui istifadə edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*