“Rusiya-Çin müttəfiqliyi böyük təhlükədir”.
KONKRET.az xəbər verir ki, Fransa prezidentliyinə namizəd Marin Le Pen Rusiya ilə Çin arasında mümkün müttəfiqlikdə təhlükə gördüyünü və təhlükəsizliyin təmin edilməsi üçün Rusiya-Avropa yaxınlaşmasının vacib olduğunu bəyan edib.
Le Pen France Bleu radiosuna deyib ki, dünyanın ən böyük ölkəsi və bir nömrəli xammal istehsalçısı olan Rusiyanın dünyanın ən sıx məskunlaşan ölkəsi və ən böyük fabrikləri olan Çinlə ittifaq yaratması təhlükəlidir:
“Dünyanın ən böyük hərbi gücünün yaranmasına icazə vermək təhlükəlidir”.
Fransalı siyasətçi Rusiyanın Ukraynadakı hərbi əməliyyatı başa çatdıqdan və sülh müqaviləsi imzalandıqdan sonra 21-ci əsrin təhlükəsi kimi xarakterizə etdiyi Rusiya-Çin birləşməsinin qarşısının diplomatik yollarla alınmasının vacibliyini vurğulayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
