Milli Məclisin Şuşada komitə iclası keçiriləcək – BU TARİXDƏbackend

Milli Məclisin Şuşada komitə iclası keçiriləcək - BU TARİXDƏ

Milli Məclisin Şuşada keçiriləcək növbəti birgə komitə iclasının vaxtı məlum olub.

KONKRET.az report-a istinadən xəbər verir ki, aprelin 29-da Şuşa şəhərində parlamentin İctimai birliklər və dini qurumlar komitəsi ilə İnsan hüquqları komitəsinin birgə iclası baş tutacaq.

İclasda müzakirə olunacaq məsələlər isə yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, bundan əvvəl aprelin 8-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*