Rusiyadan “Moskva”nın batmasına dair görüntülərlə bağlı – AÇIQLAMA / YENİLƏNİBbackend

Rusiyadan “Moskva”nın batmasına dair görüntülərlə bağlı - AÇIQLAMA / YENİLƏNİB

“Moskva” kreyserinin batmazdan əvvəl son vəziyyətini əks etdirən və tüstünün yüksəlməsi ilə bağlı fikirlərlə razı deyilik”.

KONKRET.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Həqiqətən, görüntüləri görmüşük, lakin onların nə qədər real və dəqiq olduğunu deyə bilmərik”, – o bildirib.

Qeyd edək ki, “Moskva”nın batmazdan öncəki görüntüləri yayılıb. Videoda gəmidən qatı duman yüksəldiyi və gövdəsinin ciddi zədələndiyi əksini tapıb.

20:54

Rusiyanın “Moskva” hərbi gəmisinin vurulduqdan sonra görüntüsü ortaya çıxıb.

KONKRET.az “Haber Global”a istinadən xəbər verir ki, ötən həftə Qara dənizdə batmış Rusiyanın “Moskva” hərbi gəmisinin vurulduqdan sonrakı vəziyyəti ilk dəfə görüntülənib.

Ukrayna mətbuatında dərc olunan videoda “Moskva” kreyserindən qatı tüstü qalxdığı və gövdəsinin ciddi şəkildə zədələndiyi görünür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*