NATO dünyanın ən böyük kiber təlimlərinə başlayırbackend

NATO dünyanın ən böyük kiber təlimlərinə başlayır

NATO sabahdan dünyanın ən böyük və ən mürəkkəb beynəlxalq kiber təlimlərinə başlayır.

KONKRET.az xəbər verir ki, 19-22 aprel tarixlərində Estoniyanın paytaxtı Tallinndə NATO-nun Birgə Kiber Müdafiə Mərkəzi tərəfindən illik “Bağlı Qalxanlar” təlimi təşkil olunacaq.

Təlimdə NATO müttəfiqləri və NATO tərəfdaş ölkələrindən kibertəhlükəsizlik və İT ekspertləri iştirak edəcək. Builki təlimlərə ukraynalı ekspertlər də qoşulacaq.

Təlimdə mülki və hərbi məlumat sistemlərinə kiber hücumlara qarşı müdafiə üsulları sınaqdan keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*