Fransanın paytaxtı Parisdəki Notr-Dam Katedralində yerləşən və 14-cü əsrə aid olduğu düşünülən sarkofaq açılacaq.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, fransız arxeoloqları sarkofaqın “sirlərini açmaq” üçün açılacağını bildirib.
Hazırda təhlükəsiz yerdə olan məzar yaxın vaxtlarda Tuluza şəhərindəki Məhkəmə Tibb İnstitutuna göndəriləcək.
Bildirilib ki, daha əvvəl endoskopik kamera ilə sarkofaqın içinə baxan elm adamları indi sarkofaq sahibinin cinsini və o zamankı sağlamlıq vəziyyətini müəyyən etməyə çalışacaqlar.
Dəfnin yeri və forması sözügedən şəxsin o dövrün görkəmli simalarından ola biləcəyini göstərir.
Qeyd edək ki, qurğuşun sarkofaq 2019-cu ildə yanğın nəticəsində zərər görən Notr-Dam Katedralində bərpa işləri zamanı tapılıb.

İqbal Rzayev,
KONKRET.az
