Pandemiyanın Gürcüstana vurduğu zərər açıqlandıbackend

Pandemiyanın Gürcüstana vurduğu zərər açıqlandı

Gürcüstan hökuməti növbəti 3-4 ildə xarici dövlət borcunun ödənilməsinə xüsusi diqqət ayırmalıdır. Bu məsələ dövlət proqramında da əksini tapıb.

KONKRET.az xəbər verir ki, bu sözləri Gürcüstanın maliyyə naziri vəzifəsinə namizəd İvane Maçavariani parlamentdəki çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2022-ci ildə xarici borcun ödənilməsinə və büdcə kəsirinin azaldılmasına başlanılmalıdır.

İ.Maçavariani deyib ki, cari ildə ölkə iqtisadiyyatında 4 faiz artım gözlənilir. 2020-ci ildə Gürcüstan 4 milyard lari itirib. 2020-2021-ci illərdə bu itkinin 8,5 milyard lariyə çatacağı nəzərdə tutulur. Cari ildə pandemiyanın sonu olacağı gözlənilir. Bununla belə, dünya iqtisadiyyatında və tərəfdaşlar ölkələrdə 3-4 il ərzində yüksək iqtisadi inkişaf gözlənilmir.

Bildirilib ki, pandemiyanın təsiri ilə Gürcüstanın xarici dövlət borcu ümumi daxili məhsulun 60 faizinə bərabər olacaq. Bununla yanaşı, büdcə kəsiri də artacaq.

“Ona görə də, hökumət xarici dövlət borcunun qaytarılmasına xüsusi diqqət yetirməli və ən azından pandemiyadan əvvəlki vəziyyətə qayıtmalıyıq”, – deyə İ.Maçavariani vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*