Ukraynada rus hərbçilərinin sayı artırılıb – Pentaqonbackend

Ukraynada rus hərbçilərinin sayı artırılıb - Pentaqon

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Ukraynanın şərq və cənub bölgələrində Rusiya hərbçilərinin sayının artdığını açıqlayıb.

KONKRET.az bu barədə CNN-ə istinadən xəbər verir.

Pentaqonun verdiyi məlumata görə, ötən həftənin sonundan etibarən Rusiya Ukraynanın şərqində və cənubunda mövcud qüvvələrinə 11 batalyon taktiki qrupları (BTQ) əlavə edib. Burada BTQ-lərin ümumi sayı 76-ya çatıb.

“Onlar Ukrayna daxilində öz imkanlarını artırıblar”, – deyən ABŞ Müdafiə Nazirliyinin rəsmisi əlavə edib ki, Ukraynadakı bütün Rusiya quru qüvvələri hazırda bu bölgələrdə cəmləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*