“Pulları varsa gətirib, …” – Niyam həmkarlarına “od püskürdü”backend

"Pulları varsa gətirib, ..." - Niyam həmkarlarına "od püskürdü"

“Sevil-Sevinc bacıları yaşlarına uyğun danışsalar yaxşı olar. Həmyerlimdilər. Xətirlərini də çox istəyirəm. Əgər bacıların pulu varsa, gətirsinlər həmin müğənnilərə versinlər. Heç kim kefindən öz torpağını atıb getməz”.

KONKRET.az xəbər verir ki, bu sözləri müğənni Niyam Salami “MTV” Azərbaycana müsahibəsi zamanı deyib.

İfaçı həmkarları Sevil və Sevinc Səfərovaların Rusiyaya gedən müğənniləri qınamasına sərt reaksiya verib:

“Oradaki müğənniləri mən tanıyıram, bilirəm kim haradadır. Əgər bacıların pulu varsa, gətirsinlər həmin müğənnilərə versinlər. Desinlər ki, borc verirəm, qaytararsan. Heç kim kefindən öz torpağını atıb getməz. Ümumiyyətlə, hər yerdə müğənniləri daş-qalaq edirlər. Toy oldu, olmadı. Nəsə də olanda zəif bənd kimi ancaq müğənnini seçirlər. Pərdəarxası məqamları bilmədən belə danışmasınlar”.

Niyam Namiq Qaraçuxurlunun bostanına da daş atıb:

“Bu yaxınlarda kişi müğənnilərdən biri elə sözlər dedi ki, guya biz ifaçılar müharibədən sonra səhv edib efirlərə çıxmışıq. Biz oxumamalıyıq. Bircə bu düzgün edib ki, oxumayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*