“Rusiyalı iş adamlarının aktivlərini geri qaytarmayacağıq” – Sallivandan KRİTİK AÇIQLAMAbackend

"Rusiyalı iş adamlarının aktivlərini geri qaytarmayacağıq" - Sallivandan KRİTİK AÇIQLAMA

“ABŞ-ın müsadirə edilmiş aktivləri rus iş adamlarına qaytarmaq planı yoxdur”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib. O qeyd edib ki, Birləşmiş Ştatlar rusiyalı iş adamlarının sanksiyalar səbəbindən həbs edilmiş aktivlərini geri qaytarmaq niyyətində deyil:

“Məqsədimiz onları geri qaytarmaq yox, daha səmərəli şəkildə istifadə etməkdir” – Sallivan vurğulayıb.  O, Ağ Evdə bu məsələ ilə bağlı müzakirələrin davam etdiyini açıqlayıb.

Sallivan həmçinin aprelin 6-da ABŞ-ın Rusiyanın “Sberbank” və “Alfa Bank”a qarşı tam bloklayıcı sanksiyalar tətbiq etdiyi bildirib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*